Almaniya xarici işlər naziri Annalena Berbokla geniş tərkibli görüş keçirib, əhatəli fikir mübadiləsi aparmışıq.
"Unikal" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Ceyhun Bayramov deyib ki, Azərbaycan Almaniya ilə münasibətlərin ikişafına xüsusi əhəmiyyət verir:
“Prezident 2023-cü ildə Almaniyada Münhen Təhlükəsizlik Konfransında iştirak edib, rəsmi səfərdə olub. Ölkələrimizin XİN-ləri arasında bu il siyasi məsləhətləhşmə olub, bir sıra görüşlər, səfrələr keçirilib. Əlaqələr uğurla inikşaf edir. Azərbaycanda 200-dən artıq Almaniya şirkəti fəaliyyət göstərir. Almaniyanın Cənubi Qafqazda ticarət dövriyyəsinin 70 faizi Azərbaycanladır. Almaniya şirkətləri Azərbaycana 810 milyon dollar, Azərbaycan tərəfdən isə Almaniyaya 550 milyon dollar səramyə qoyulub”.