Biz diskriminasiyaya qarşı mübarizə aparmağın zəruri olduğunu qeyd edirik.
"Unikal" xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Annalena Berbok Bakıda azərbaycanlı həmkarı ilə mətbuat konfransı zamanı ölkəsində Fələstinə dəstək məqsədilə keçirilən aksiyalara qadağa qoyulması ilə bağlı sualı cavablandırarkən bildirib. Avropalı baş diplomat deyib ki, Almaniyada toplaşma, fikir azadlığına dəstək verilir:
"Ancaq insanlara, hər hansı topluma zorakılıq yolverilməzdir. Son günlər Almaniyada İsrailin, yəhudilərin məhvinə yönəlik çağırışlar vardı. Bunlara yol verilə bilməz. Biz ölkəmizin tarixinə baxsaq, bu məsələyə xüsusi həssaslıqla yanaşırıq. Tək Almaniyada yox, bütün Avropada yəhudilərin qorunmasında məsuliyyətimiz var".