Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rumıniyaya rəsmi səfərə yola düşüb.
Bu barədə "Unikal"a Xarici İşlər Nazirliyindən bildirilib.
Səfər çərçivəsində XİN başçısının rumıniyalı həmkarı və digər rəsmi şəxslərlə yüksək səviyyəli görüşlərinin keçirilməsi nəzərdə tutulub.