ABŞ-nin keçmiş prezidenti Barak Obama İsrail-Həmas münaqişəsi ilə bağlı açıqlamalar verib.

"Unikal" xəbər verir ki, o, bu barədə “Pod Save America” podkastına müsahibə verib. 

Onun sözlərinə görə, milyonlarla insan münaqişəyə reaksiyalarını göstərmək üçün "TikTok" və "Instagram" kimi platformalara müraciət edir,  lakin insanlar müharibədən danışmaqdansa, özlərini göstərməyə üstünlük verirlər:

"Əgər bunu həqiqətən dəyişmək istəyirsənsə, qarşı tərəfdəki biri ilə necə danışacağını anlamalı, onları dinləməli, nə danışdıqlarını başa düşməli və ona məhəl qoymamalısan. Əgər problemi həll etmək istəyirsənsə, o zaman sən bütün həqiqəti qəbul etmək məcburiyyətindəsən. Heç kimin əli təmiz deyil, hamımızın müəyyən dərəcədə günahı var. Baş verənlərə baxanda geriyə baxıb düşünürəm ki, prezident olduğum müddətdə bunu dəyişmək üçün daha nə edə bilərdim?".    

Həmçinin, Obama "HƏMAS-ın etdiklərinə heç bir bəraət qazandırmaq olmaz",-  deyə ifadə edib. 

Gülayə Mecid