Türkiyə Prezidenti Azərbaycan xalqını Zəfər Günü ilə bağlı təbrik edib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" hesabında paylaşım edib.
"Qardaş Azərbaycanı 8 Noyabr Zəfər Günü münasibətilə ürəkdən təbrik edir, Qarabağın azadlığı uğrunda 44 gün qəhrəmancasına döyüşmüş veteranlarımızı və şəhidlərimizi ehtiramla yad edirəm. Qarabağ Azərbaycan ərazisidir və inşallah qiyamətə qədər belə qalacaq", - deyə qeyd olunub.