Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə İƏT-ə uğurlu sədrliyinə görə təşəkkür edib və təbrik edib.
"Unikal" xəbər verir ki, bu barədə o İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 16-cı sammitinin açılışı zamanı bildirib.
O qeyd edib ki, Azərbaycan sədrliyi dövründə bir sıra təşəbbüslərlə çıxış edib və təşkilatın fəaliyyətinə səmərəli töhfə verib.
Prezident Mirziyoyev deyib ki, Azərbaycanın əlaqələnmə və yaşıl enerji ilə bağlı təşəbbüsləri vacibdir.