"Tbilisi Ermənistan və Azərbaycanla “parlaq əlaqələr” inkişaf etdirir və regionda uzunmüddətli sülh və sabitlikdə maraqlıdır".
"Unikal" xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib.
Onun sözlərinə görə, Gürcüstan çox obyektiv və qərəzsiz vasitəçi olmaqla yanaşı, digər iki dövlətin dostudur. O, Tbilisinin İrəvan və Bakı ilə əla münasibətlərə malik olduğunu vurğulayıb.
“Müvafiq olaraq, Gürcüstanın marağı regionumuzda uzunmüddətli sülh və sabitliyin təmin edilməsindən ibarətdir”, - Qaribaşvili vurğulayıb.
O əlavə edib ki, Gürcüstan Ermənistan və Azərbaycanla münasibətlərdə tərəf tutmayacaq.
Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov bildirib ki, Azərbaycanın suverenliyinin bərpası Ermənistanla sülh əldə etmək üçün yeni imkanlar açır.