Bu gün Azərbaycan İcraiyyə Şurasının üzvü kimi UNESKO-nun mandatının səmərəli həyata keçirilməsinə dəyərli töhfə verir.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin Elnur Məmmədov UNESCO-nun 42-ci Baş Konfransında deyib.
“Biz həmçinin Silahlı Münaqişələr zamanı Mədəni Sərvətlərin Mühafizəsi Komitəsində - uzun müddət silahlı təcavüz və işğaldan əziyyət çəkdiyimiz üçün bizim üçün son dərəcə vacib olan komitədə fəaliyyət göstəririk”, - o bildirib.