Siciliya adasında Etna vulkanı püskürüb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər müşahidə kameraları şəbəkəsindən gələn görüntüləri təhlil edərək vulkanın monitorinqini davam etdirirlər.

Qeyd olunur ki, bu püskürmə qonşu əyalətdəki hava limanının fəaliyyətinə təsir göstərmir.

Etna Avropanın ən aktiv vulkanıdır.