Brüsseldə Avropa İttifaqı Xarici Əlaqələr Şurasının iclası keçiriləcək.

"Unikal" xəbər verir ki, Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrelin sədrlik edəcəyi iclasda nazirlər Ukraynadakı vəziyyəti, Ermənistan və Azərbaycan münasibətlərini müzakirə edəcəklər.

Daha sonra şurada İsrail və regiondakı vəziyyət, iqtisadi təhlükəsizliyin xarici siyasi ölçüsü ilə bağlı fikir mübadiləsi aparılacaq.

Ağarza Elçinoğlu