Britaniyalı siyasi məsləhətçi Ben Mallett Gürcüstana buraxılmayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Vahid Milli Hərəkat" partiyasının sədri Levan Xabeişvili bildirib.
"Britaniya vətəndaşı olan məsləhətçimizin sərhədə girməsinə icazə verilmir. Biz izahatları gözləyirik”, - deyə Xabeişvili ifadə edib.
O, həmçinin vurğulayıb ki, "Vahid Milli Hərəkat! 2024-cü ildə keçiriləcək seçkilərə hazırlaşmaq üçün xarici məsləhətçiləri çağırmağa davam edəcək.