Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Axmat Kadırov respublikanın bədən tərbiyəsi, idman və gənclər siyasəti nazirinin birinci müavini vəzifəsinə təyin edilib.

"Unikal" xəbər verir ki, bu barədə vilayət parlamentinin sədri Maqomed Daudov öz "Telegram" kanalında məlumat verib.

"Əminəm ki, bu məsul vəzifəyə təyinat idmanın inkişafı, gənclər siyasətinin həyata keçirilməsi, gənc nəslin vətənpərvərlik, mənəvi-əxlaqi tərbiyəsi sahəsində nazirliyin fəaliyyətinin səviyyəsinin və keyfiyyətinin yüksəldilməsinə kömək edəcək", - deyə siyasətçi bildirib. 

Gülayə Mecid