ABŞ İranı hərbi hücumla hədələməyə cəsarət etmir.

"Unikal" İRNA-ya istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandiri, İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə deyib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar son həftələrdə İrana bir neçə mesaj göndərərək İsrail və HƏMAS arasında müharibə şəraitində sülh tələb edib.

"Amerikalılar İranı hədələmirlər... onlar bir gecədə üç dəfə İrana məktub göndəriblər və bütün bu məktubların mətnində xahiş və yalvarışlar var”, - Hacızadə Tehranda jurnalistlərə deyib.

"Biz gücümüzün zirvəsindəyik və istənilən ehtimala hazırlaşmışıq”, - deyə komandir bildirib.

 Hacızadə bildirib ki, qarşıdurma artıq Hizbullahın İsrail rejimi ilə sərhədyanı toqquşmalarda iştirak etdiyi Livana da keçib. Bununla belə, münaqişə daha da gərginləşə bilər, deyə o qeyd edib və əlavə edib ki, İran istənilən mümkün ssenariyə hazırdır.

Gülayə Mecid