"Darmadağın olunmuş Ermənistan ordusu heç bir potensiala malik deyil. Amma Ermənistan bizə diplomatik müharibə elan edib. Bu müharibədə də qalib gələcəyik. Haqq, güc bizim tərəfimizdədir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
"Bu gün ölkəmiz yalnız öz problemlərini həll etmir. Azərbaycan dünyanın problemlərini həll etmək iqtidarında olan məmləkətə çevrilib", - deyə komitə sədri bildirib.
Anar Kəlbiyev