Misirin paytaxtı Qahirəyə uçan "Egypt Air" təyyarəsi Seif Eldin Mustafa adlı terrorçu tərəfindən girov götürülüb.

"Unikal" xəbər verir ki,  təyyarəni partlatmaqla hədələyərək Kiprə endirən Mustafa 55 sərnişindən 7-si istisna olmaqla, hamısını buraxıb.

Maraqlısı budur ki, girovlardan biri 26 yaşlı Ben İnnes Mustafanın yanına gedərək "xatirə fotosu" istəyib. Təəccüblüdür ki, terrorçu da bu təklifi qəbul edib.

Hüquq-mühafizə orqanlarının sayəsində terrorçu saxlanılıb.  Onun geyindiyi bombalı jiletin saxta olduğu üzə çıxıb.

Ancaq İnnesin bundan xəbəri olmadığı və Mustafa ilə niyə şəkil çəkdirmək istədiyini soruşduqda, ola biləcək böhran qarşısında optimist qalmağa çalışdığını bildirib.

"Çətinliklər qarşısında şən qalmağa çalışarkən ehtiyatımı buraxdım. Bombanın gerçək olub-olmadığını bilmirdim,  onsuz da itirəcək heç nəyim yoxdur, ona görə xatirə fotosu çəkdirdim".