Ukrayna Fransanın göndərdiyi “Bastion” zirehli maşınlarını təhlükəsizlik baxımından zəif olduğuna görə rədd edib.

"Unikal"ın məlumatına görə, Fransanın “Ouest France” nəşri yazır ki, məhz bu yararsız maşınlar Ermənistana yönləndirilib.

“Bu maşınlar əvvəlcə Ukrayna üçün nəzərdə tutulmuşdu, lakin Kiyev onları artilleriya atəşindən və tank əleyhinə raketlərdən zəif qorunmuş hesab etdiyinə görə, Ermənistana yönləndirildi”, - deyə nəşr qeyd edir.