“Salome Zurabişvili Mixeil Saakaşvilini əfv etsə, Saakaşvilinin etdiyi bütün bədbəxtliklərə şərik olacaq.”

"Unikal" xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze jurnalistlərin sualına cavab olaraq bildirib.

O, qeyd edib ki, prezidentin Saakaşvilini əfv edəcəyini ehtimal etmir.

“Yaxşı olar ki, bu suala prezidentin özü cavab versin, çünki cavab vermək mənim üçün çətin olacaq. Hesab edirəm ki, Salome Zurabişvili bunu etməyəcək. Prezident bu barədə çıxışı zamanı da qeyd etmişdi. Düşünürəm ki, o, dediklərindən kənara çıxmayacaq və aylar əvvəl dediyini, yenə də təkrar edəcək. Bununla belə, heç bir şey istisna edilmir. Hakimiyyətdə olan bir siyasətçi, siyasi partiya bu insanların etdiklərini öz xalqına necə edə bilər? O, bu addımı atsa, Mixeil Saakaşvilinin və onun siyasi komandasının 9 il ərzində ölkəmizin əhalisi üçün etdiyi bədbəxtliklərin şəriki olacaq”, - deyə Kaxa Kaladze vurğulayıb.