"Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəkləmək üçün birgə səyləri gücləndirməlidir".

"Unikal" xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Brüsseldə nazirlərin görüşü zamanı deyib.

"Brüssel regionda real təhlükəsizlik, etimad və sülhün tərəfdarıdır", - deyə Berbok vurğulayıb.