Ukrayna prezidenti Volodimir Zelenski Krım tatarlarının lideri, tanınmış ictimai-siyasi xadim Mustafa Cəmilə "Ukrayna Qəhrəmanı" fəxri adını verib. 

"Unikal" xəbər verir ki, Zelenskinin müvafiq sərəncamı Ukrayna dövlət başçısının saytında yayımlanıb. 

M.Cəmil bildirib ki, ən yüksək fərqlənmə nişanını almaq onun üçün şərəfdir:

“Axı iki ildə genişmiqyaslı müharibədə bu, Ukraynanın bütövlüyü, azadlığı və müstəqilliyi uğrunda ölkə ərazisini canları bahasına müdafiə edən əsgərlərə verilir”.

Qeyd edək ki, bu gün M.Cəmilin 80 yaşı tamam olub. 

O həm də Ukrayna Ali Radasının deputatıdır.