"Biz yanğına daha güclü atəşlə cavab verəcəyik".

"Unikal" xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

“Əsgərlərimizə və mülki şəxslərə qarşı hücumları artıra biləcəklərini düşünənlər var. Bu, odla oynamaqdır. Biz atəşə daha güclü atəşlə cavab verəcəyik. Bizi sınamamalıdırlar, çünki biz gücümüzün yalnız kiçik bir hissəsini göstərmişik. Bizə zərər verən hər kəsə daha çox zərər verəcəyik”, - deyə İsrailin baş naziri bildirib.

Netanyahu İsrail Müdafiə Qüvvələrinin Səhra Kəşfiyyat Batalyonuna açıqlama verib. O, bunu bədəvi batalyonu ilə görüş zamanı edib.

"Təbrik edirəm. Ortaqlığımız bu vəhşilərə qarşı hamımızın gələcəyidir. Biz qalib gəlməyə gedirik. Heç bir fasilə olmayacaq. Bu əməliyyat deyil, növbəti döyüş raundu deyil. Biz tam qələbə üçün irəliləyəcəyik”, - deyə Netanyahu əsgərlərə bildirib.