İsraildə silah lisenziyası müraciətləri oktyabrın 7-dən bəri rekord qırıb. Bildirilib ki, İsrail silah şirkətləri “tələbatı qarşılamaqda çətinlik çəkir və bütün istehsal xətti bir aydan çoxdur ki, hətta həftə sonları da fasiləsiz işləyir”.

"Unikal" xəbər verir ki, oktyabrın 7-dən İsraildə silah saxlamaq üçün lisenziya müraciətlərinin sayının 190 mini keçdiyi bildirilir.

2023-cü ilin ilk 10 ayında edilən ümumi lisenziya müraciətlərinin 210 mindən çox olduğu qeyd edilərkən, 2022-ci ildə bu rəqəmin 42 min olduğu qeyd edilib.

Qeyd olunub ki, bu il indiyədək 31 minə yaxın lisenziya verilib və 2022-ci ildə bu rəqəm ümumilikdə 13 minə yaxın olacaq.

Bildirilib ki, 2021-ci ildə 20 minə yaxın silah lisenziyası müraciəti edilib və onlardan 10 minə yaxınına lisenziya verilib.

Həmçinin vurğulanıb ki, İsrail silah şirkətləri tələbi qarşılamaqda çətinlik çəkir və bütün istehsal xətti bir aydan çoxdur ki, hətta həftə sonları da fasiləsiz işləyir.

Fələstinlilərə qarşı irqçi və ayrı-seçkilik xarakterli çıxışları ilə tanınan Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir, HƏMAS-ın 7 oktyabrda İsrailə qarşı həyata keçirdiyi hücumlar və İsrailin Qəzzaya 38 gündür davam edən hücumlarından sonra mülki yəhudiləri və məskunlaşanları silahlandırmaq üçün kampaniya başlatdı. 

Yəhudi üstünlüyü siyasəti ilə tanınan Ben-Qvir on minlərlə mülki İsrail vətəndaşını silahlandırdıqlarını açıqladı.

Yüz minlərlə şəxsi silah lisenziyası müraciətinin İsraildəki Odlu Silahlar Şöbə Müdirliyinə daxil olduğunu bildirən Ben-Gvir, sosial media hesablarında İordan çayının qərb sahilindəki qeyri-qanuni yəhudi məskənlərində təşkil etdiyi silah paylama tədbirlərinin fotolarını paylaşıb.

Bu kadrlarda Ben-Qvirin yəhudi köçkünlərə çoxlu sayda ABŞ istehsalı M16 tipli avtomatik tüfənglərlə dolu masalarda və silah qutularında silah payladığı görülüb.