Finlandiya noyabrın 15-dən Rusiya ərazisinə velosipedlə girişə qadağa tətbiq edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya səfirliyi öz saytında məlumat yayıb .

“Finlandiya hakimiyyət orqanlarından alınan bildirişə əsasən, 15 noyabr 2023-cü il saat 00.00-dan etibarən Finlandiya qeyri-müəyyən müddətə Rusiyadan velosipedlə sərhədi keçməyə qadağa qoyur”, - məlumatda deyilir.

Eyni zamanda diplomatlar əlavə ediblər ki, oxşar məhdudiyyətlər noyabrın 9-dan Vaalimaa, Nuijamaa və İmatra keçid məntəqələrində artıq qüvvədədir. Rusiya tərəfində bunlar Torfyanovka, Brusniçnoye və Svetoqorsk keçid məntəqələridir .

Səfirlik rusiyalıları səfərlərini planlaşdırarkən bu məlumatları nəzərə almağa çağırıb.

Noyabrın 9-da məlum oldu ki, Finlandiyanın cənub-şərqində yerləşən sərnişin axını baxımından ən böyük keçid məntəqələri Rusiya Federasiyasından ölkəyə velosipedlə girişi qadağan edib. Söhbət Nuijamaa, İmatra və  Sankt-Peterburqa ən yaxın - Vaalimaa keçid məntəqələrindən gedir. Hadisə şahidlərinin sözlərinə görə, Finlandiya sərhədçiləri yeni qaydalar barədə velosipedçilərə məlumat verir və onları Rusiya Federasiyasına qaytarır. Velosipedçilər üçün sərhəd-keçid məntəqəsində qadağanedici nişanlar quraşdırılıb.

Daha sonra Rusiya Şimal-Qərb Gömrük İdarəsinin mətbuat xidməti təsdiqləyib ki, Finlandiya sərhəd xidməti rusiyalıların ölkəyə velosipedlə buraxılmasını dayandırıb. Onlar qeyd ediblər ki, Finlandiya hakimiyyət orqanları müvafiq qadağa ilə bağlı departamentə heç bir rəsmi sənəd göndərməyib.

Finlandiya sərhədçiləri qadağanı qeyri-qanuni mühacirlərin axını ilə əlaqələndiriblər. Onların sözlərinə görə, qanunsuz immiqrantlar Rusiya-Finlandiya sərhədini keçmək üçün tez-tez velosipeddən istifadə ediblər.