Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Qəzzadakı vəziyyətlə bağlı Qərbin mövqeyindən danışaraq, Qərb sivilizasiyasının çökdüyünü və bəşəriyyəti çöküşə sürüklədiyini bildirib.

"Unikal" xəbər verir ki, onun sözlərinə görə, müasir Qərb sivilizasiyası kimi təriflənən və uzun müddət bütün dəyərləri, institutları və təşkilatları ilə dünyaya hakim olan mentalitet indi dağılıb.

“O, süqutu ilə bəşəriyyəti böyük bir çöküşə sürükləyir” - deyə Məclis sədri bildirib.

O, həmçinin dünyanın yeni sözə və yeni perspektivə ehtiyacı olduğu üçün yeni dövrün “oyanış dövrü” olacağına ümid etdiyini bildirib.