“APM Terminals Poti” şirkəti Ermənistan üçün nəzərdə tutulmuş Fransanın “Bastion” hücum xarakterli zirehli maşınlarının Gürcüstan ərazisindən tranzitini təsdiqləyib.

"Unikal" xəbər verir ki, bu barədə şirkətdən “Azadlıq” radiosunun Gürcüstan xidmətinə bildirilib. 

“Yük Aİ ölkəsindən - Fransadan gəlib və sanksiyalara məruz qalmayan Ermənistana göndərilib. Bundan əlavə, Gürcüstan hökumətinin dəqiq göstərişləri və beynəlxalq tənzimləyicilər tərəfindən qoyulan məhdudiyyətlər olmadığından, "APM Terminals Poti" sanksiyaya məruz qalmayan yükləri qəbul etməkdən əsassız olaraq imtina etmək imkanından məhrumdur", - açıqlamada deyilir.

Qeyd edək ki, noyabrın 11-dən 12-nə keçən gecə ACMAT şirkətinin istehsalı olan “Bastion” zirehli texnikası Poti limanına göndərilib.

Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Ermənistana “Bastion” zirehli texnikası göndərməsini “qətiyyətlə pisləyib”.