Milli Məclisin bu gün keçirilən iclasının gündəliyi dəyişib.
"Unikal" xəbər verir ki, gündəliyə daha bir məsələ əlavə edilib.
Bu, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir.
Qeyd edək ki, iclasın gündəliyinə 15 məsələ daxil edilib.
Anar Kəlbiyev