"Azərbaycanda dil bilmək savadlılığın göstəricisinə çevrilib. Müəyyən proqramlarla bal toplayırlar. Artıq buna inam o qədər itib ki, həmin proqramı tətbiq edən ölkələr Gürcüstanda imtahan keçirir. Beləliklə, sizin ingilis dilini bilməyiniz savadlılıq göstəricinizə çevrilir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Hikmət Məmmədov deyib. O bildirib ki, ingilis dili bildiyinizə görə xaricdə bir diplom da ala bilirsiz:
"Azərbaycanı gələcəkdə idarə edən kadrlar bundan ibarət olacaq. Azərbaycanın tarixini, mədəniyyətini, folklorunu, nağıllarını, dastanlarını bilmədən Azərbaycanı necə idarə edəcəksiz? Azərbaycan xalqının milli psixologiyası bunların altındadır. Milli mentalitetimizin, mədəniyyətmizin subkomponentləri bunlardır. Bilirik ki, orta məktəblərdə uşaqlar dərsdən yayınırlar, dil öyrənməyə gedirlər və bu da savadlılıq göstəricisi olur. Sadəcə dil bilən şəxslərdən ibarət aristokratiya yetişdirə bilərikmi? Yetişdirə bilmərik. Burada da hesabatlılıq olmalıdır".
Anar Kəlbiyev