“İran, Azərbaycan və Rusiyanın elektrik şəbəkəsini birləşdirən saziş imzalanacaq”
"Unikal" xəbər verir ki, bu barədə İranın Azərbaycandakı Səfirliyinin “Telegram” kanalı məlumat yayıb. İranın energetika naziri Əli Əkbər Mehrabiyan dünən İran, Azərbaycan və Rusiya arasında üç ölkənin elektrik enerjisi şəbəkəsini birləşdirəcək üçtərəfli saziş barədə deyib:
“-İranın elektrik enerjisi şəbəkəsinin Gürcüstan, Azərbaycan və Türkmənistan üzərindən Rusiyaya birləşdirilməsi üçün hər üç marşrutla bağlı lazımi araşdırmalar aparılıb. Həyata keçirilməsi baxımından çox asan olan, plan və şəbəkənin genişləndirilməsi tələb olunmayan marşrut Azərbaycandan keçir. Azərbaycan və Rusiya ilə çox uğurlu müqavilələrimiz olub. Bu razılaşmalar elektrik şəbəkələrimizi Azərbaycan vasitəsilə mümkün qədər tez birləşdirməyimizi təmin edib.
Ümid edirəm ki, maksimum növbəti 6 ay ərzində İran, Rusiya və Azərbaycan arasında elektrik enerjisi mübadiləsinə start veriləcək”.