"Qarabağda yaşayan ermənilərin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi yalnız Azərbaycanın suverenliyi və qanunları çərçivəsində məna tapır".
"Unikal" xəbər verir ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bu gün “X” hesabında ölkəsinin Qarabağla bağlı prinsipal və daimi mövqeyini belə vurğulayıb.
“İranın prinsipial mövqeyi Qarabağın daim Azərbaycana məxsus olmasından yana olub. Tehran Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağın Azərbaycan Respublikasının suverenliyinə qayıtmasını alqışlayır”.