Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişelin xarici siyasət üzrə baş müşaviri Simon Mordue Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə müşavir "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Hikmət Hacıyevlə birlikdə Aİ ilə Azərbaycan arasında münasibətləri müzakirə etdik. Bildirilib ki, Azərbaycan Aİ-nin Cənubi Qafqazda mühüm tərəfdaşıdır. Aİ Cənubi Qafqazda sülh və rifahı təşviq etmək üçün Ermənistan və Azərbaycan arasında normallaşma prosesini dəstəkləməyə davam edəcək”, - deyə Simon Mordue qeyd edib.