Yaxın bir neçə həftə Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanması prosesi üçün həlledici olacaq.
"Unikal" xəbər verir ki, bu fikri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen deyib.
"Növbəti bir neçə həftə tərəflərin niyyətlərdən razılığa keçməyə hazır olub-olmadığını yoxlamaq üçün həlledici olacaq. Çünki bildiyimiz kimi, danışıqlarda "bəli" əldə etmək ən çətin sözdür", - diplomat ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Qarabağ ətrafındakı vəziyyətlə bağlı dinləmələrdə bildirib.
O, tərəflərin dəfələrlə görüşdüyünü xatırladıb. “Biz sülh sazişi üzərində işləyirik”, - deyə dövlət katibinin köməkçisi əlavə edib.