Qərb dövlətləri Azərbaycanla Ermənistan arasında münaqişəni qızışdırmaq niyyətində idi.
"Unikal" xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Bişkekdə Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə görüşündə deyib.Matviyenko bildirib ki, Rusiya Cənubi Qafqazın sabit və sülhsevər region olmasında həmişə fəal iştirak edib:
“Bizim üçün bu, çox vacibdir. Görürük ki, Qərb dövlətləri yalnız münaqişəni qızışdırmaq niyyətində idilər, biz sülh gündəminin təşviqində onlar tərəfdən müsbət addımlar görmədik. Azərbaycana müxtəlif platformalarda təzyiqlər edilib və bu, yaxşı heç nəyə gətirib çıxarmayacaq”, - Federasiya Şurasının sədri bildirib.
Matviyenko eyni zamanda, Rusiya-Azərbaycan münasibətlərinin getdikcə inkişaf etdiyini, iki ölkə prezidentlərinin daim təmasda olduğunu qeyd edib:
“Bizim müttəfiqlik münasibətlərimiz haqqında saziş əlbəttə ki, prezidentlərimizin mühüm addımı və qərarı idi. Bu, ikitərəfli münasibətlərimizin inkişafına yeni istiqamətlər və perspektivlər əlavə etdi. Bu gün Rusiya və Azərbaycanın iştirakı ilə iri infrastruktur, regionlararası, dövlətlərarası layihələr müzakirə olunur”.