ABŞ Senatı Azərbaycana hərbi yardımı dayandıran aktı qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə Amerikanın Ermənistan Assambleyası məlumat yayıb .
Senatdan keçən 2023-cü il Erməniləri Müdafiə Aktı demokrat Gary Peters (D-Mich.) tərəfindən təklif edilib.
Amerikanın Erməni Milli Komitəsi də Senatın ABŞ-ın Azərbaycana hərbi yardımını əngəlləyən tədbiri qəbul etdiyini bildirib .
Qanun layihəsinin qüvvəyə minməsi üçün Nümayəndələr Palatasının və ABŞ Prezidentinin təsdiqini almalıdır.
Qeyd edək ki, senator Qarri Pitersin başçılıq etdiyi Amerika nümayəndə heyəti bu ilin sentyabrında Ermənistana səfəri zamanı Sünik rayonuna, Laçın dəhlizinin girişində olmuşdu. Nümayəndə heyəti ölkə rəhbərliyi ilə də bir sıra görüşlər keçirmişdi.