Azərbaycan UNESCO-nun İnsan və Biosfer Proqramının Beynəlxalq Əlaqələndirmə Şurasına 2023-2027-ci illər üçün üzv seçilib.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi sosial şəbəkədə məlumat yayıb.
“Təbrik edirik, Azərbaycan 110 səslə UNESCO-nun İnsan və Biosfer Proqramının (MAB) Beynəlxalq Əlaqələndirmə Şurasına 2023-2027-ci illər üçün üzv seçilib”, – nümayəndəlik diqqətə çatdırıb.