ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləməyə davam edir.
"Unikal" xəbər verir ki, bu barədə brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.
"Biz Azərbaycan və Ermənistan arasında problemlərin həlli üçün sülh danışıqlarını dəstəkləməyə davam edirik. Biz iki ölkəni ABŞ-da və ya başqa ölkədə bu danışıqlarda iştirak etməyə təşviq edirik və bu siyasəti davam etdirəcəyik", - deyə o bildirib.
Qeyd edək ki, Bakı 2023-cü il noyabrın 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində baş tutmalı olan görüşdən imtina edib.