"Peter Stanonun zəngi ikili standartların və siyasi manipulyasiyanın bariz nümunəsidir, çünki Aİ Ermənistanda onlarla siyasi fəalın siyasi təqiblərini və əsassız həbslərini pisləyə bilmədi. Aİ-nin bu cür müdaxiləni davam etdirmək cəhdləri tamamilə qəbuledilməzdir".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarının mətbuat katibi Peter Stanonun hazırda həbsdə olan Qubad İbadoğlu və Bəxtiyar Hacıyevin azad edilməsi ilə bağlı çağırışına cavabında bildirib.
"Qanuni istintaq hərəkətlərinə hər hansı müdaxilə təkcə qanunsuz deyil, həm də siyasi cəhətdən düzgün deyil. Həm Qubad İbadoğlu, həm də Bəxtiyar Hacıyev barəsində qanunla müəyyən edilmiş müvafiq cinayət işi aparılır və buna hörmət edilməlidir", - deyə Ayxan Hacızadə qeyd edib.