Fransa prezidenti Emmanuel Makron hazırda immiqrasiya ilə bağlı referendumlar keçirməyi düşünmür, siyasi liderlər arasında onların təşkili ilə bağlı məsələlərdə razılıq yoxdur.
"Unikal" xəbər verir ki, bu barədə "France Info" radiosu məlumat yayıb.
Avropa - Ekologiya - Yaşıllar (EELV) solçu partiyasının milli katibi Marin Tondelierin sözlərinə görə, belə bir referendum baş tutmayacaq.
Eyni zamanda, Milli Mitinq partiyasının lideri Cordan Bardella, prezidentin hazırda "bu imkanı nəzərdən keçirmədiyini" deyib.
Ağarza Elçinoğlu