Hindistanın şimalındakı Manikaran (Himaçal Pradeş) kəndi yaxınlığındakı Parvati çayının vadisində iki Rusiya vətəndaşının cəsədi tapılıb.
"Unikal" xəbər verir ki, bu barədə "The Times of India" məlumat yayıb.
Qeyd olunub ki, polis 37 yaşlı Maksim Beletski və 21 yaşlı Rantseva Annanı Teqridə isti su hovuzunda tapıb. Hovuzun yanında hər ikisinin mobil telefonları və pasportları, habelə turistlərin əşyalarını Rusiya səfirliyi vasitəsilə ailələrinə göndərmələrini xahiş edən iki qeyd var idi.
Kişi və gənc qızın həddindən artıq dozada narkotik qəbul edərək intihar etdiyi düşünülür.
Hadisə ilə bağlı Rusiya səfirliyinə məlumat verilib.
Ağarza Elçinoğlu