İsrail yalnız xeyli sayda girov azad edildikdən sonra çox qısa müddətdə atəşkəslə razılaşacaq.
"Unikal" xəbər verir ki, bu barədə İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri açıqlayıb.
Onun sözlərinə görə, Qəzza zolağında HƏMAS-ın girovlarının azad edilməsi ilə bağlı razılıq əldə olunmayıb: "İndiki mərhələdə sövdələşmə yoxdur, gündəmdə olan hər hansı məsələ ilə bağlı razılaşma yoxdur. Əgər belə bir sövdələşmə olarsa, bu, bir çox ailənin öz qohumlarına qovuşmasına səbəb olacaq".
Hər iki tərəfin dərc etdiyi rəsmi məlumatlara görə, davam edən Fələstin-İsrail münaqişəsi nəticəsində qurbanların sayı 13400 nəfəri keçib.
Ağarza Elçinoğlu