Bu gün Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması üçün tarixi fürsət var.
"Unikal" xəbər verir ki, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan bu gün İrəvanda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) sessiyasında deyib.
Onun sözlərinə görə, Ermənistan Türkiyə ilə münasibətlərin tənzimlənməsində, sərhədlərin və kommunikasiyaların açılmasında, ilkin şərt olmadan danışıqlara cəlb olunmasında səmimidir: "Mənim böyük ümidim var ki, bu danışıqlar yaxın gələcəkdə istənilən nəticəni verəcək".
Ağarza Elçinoğlu