Çexiyanın Rusiyadakı müvəqqəti işlər vəkili Jiri Çisteçki Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici departament öz saytında məlumat yayıb.
Bildirilir ki, Çex diplomatına Dövlət Xarici Mülkiyyət müəssisəsinin Çexiyanın sanksiyalar siyahısına daxil edilməsi, habelə onun aktivlərinin dondurulması ilə bağlı hüquqi özbaşınalığın yolverilməzliyi barədə ciddi xəbərdarlıq edilib.
Xarici İşlər Nazirliyi qeyd edib ki, Rusiya tərəfi bütün vasitələrdən istifadə edəcək, o cümlədən Rusiyadakı Çexiyanın əmlak aktivləri ilə bağlı cavab addımları atacaq.
Ağarza Elçinoğlu