"Ermənistan bizə milyardlarla ziyan vurub, insanlarımızı qırıb. Biz müharibəni kişi kimi apardıq, heç bir mülki vətəndaşın burnu qanamadı. Antiterror tədbirlərini çox legitim apardıq. Mülki vətəndaşlara və obyektlərə ziyan dəymədi".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Komitə sədrinin sözlərinə görə, ABŞ rəsmiləri həmişə deyirlər ki, Azərbaycan bizim strateji tərəfdaşımızdır: "Yaxşı, strateji partnyora qarşı belə hərəkət edərlərmi? Bu nə oyun və məntiqsizlikdir? Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir. Azərbaycan Türkiyə ilə Şuşa Bəyannaməsi imzalayandan sonra ABŞ və Avropada bir çoxlarının yuxusuna haram qatıldı. Niyə bu müqaviləni imzalayırsız, Zəngəzur dəhlizinin ələ keçirmək istəyirsiz və s. Zəngəzur dəhlizi ilk növbədə Ermənistanın özünə xeyirdir. Sülh müqaviləsinin imzalanmamaq imzası Vaşinqtondan gəlib. Fransanı qabağa verdilər və gördülər Makron da bir iş görə bilmir. İndi isə ABŞ özü başlayıb. Bu qədər ədalətsiz, ikiüzlü, riyakar siyasət olmaz. Biz görmüşük güclü dövlət ədalətin, beynəlxalq hüququn yanında olar. Siz beynəlxalq hüququ özününz üçün məşğuliyyətə, bizim üçün isə məhdudiyyətə çevirmisiz".
Anar Kəlbiyev