Prezident İlham Əliyev Aman Tuleyevin vəfatı ilə bağlı doğmalarına və yaxınlarına başsağlığı verib.
"Unikal" xəbər verir ki, başsağlığının mətnində deyilir:
"Rusiyanın görkəmli dövlət və ictimai-siyasi xadimi Aman Qumiroviç Tuleyevin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladım.
Aman Tuleyev Azərbaycanın böyük dostu idi. O, Azərbaycan ilə Rusiya arasında ənənəvi dostluq əlaqələrinin genişlənməsinə, xalqlarımız arasında qarşılıqlı anlaşma və etimad mühitinin möhkəmlənməsinə sanballı töhfə verib. O, Azərbaycan-Rusiya dostluq əlaqələrinin və əməkdaşlığının inkişafında müstəsna xidmətlərinə görə Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif edilib.
Aman Tuleyevin Ümummilli Liderimiz Heydər Əlirza oğlu Əliyevin nurlu xatirəsinə münasibətini Azərbaycanda həmişə yüksək qiymətləndiriblər.
Aman Qumiroviç Tuleyevin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.
Bu ağır itki ilə əlaqədar kədərinizi bölüşür və sizə dərin hüznlə başsağlığı verirəm".