Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov noyabr ayının 24-də Sumqayıt şəhərində vətəndaşlarla görüşəcək.

"Unikal" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, qəbul saat 11:00-da Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Sumqayıt şəhəri və Qubadlı rayonu sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlərin Sumqayıt şəhəri “1 №-li Magistral Yolların İstismarı” MMC-də öncədən qeydiyyatdan keçmələri xahiş olunur. Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər agentliyin səlahiyyətlərinə aid olmalıdır.

Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq.