"Biz orduda “beşinci kolon”dan azad olduq".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan cümə günü canlı yayımda Ermənistan vətəndaşlarının və diaspor ermənilərinin video suallarını cavablandırarkən deyib.
Paşinyan əmin edib ki, bu gün Ermənistanda “dərin dövlət” yoxdur.
“Lakin dövlət quruluşumuzda dövlətin ən yüksək dəyər kimi qəbul edilməsi baxımından ciddi irəliləyişlər əldə olunub”, - deyə o əlavə edib.
Onun fikrincə, dövlət sistemində irəliləyiş həm də öz ölkəsinin mənafeyini başqa dövlətlərin maraqlarından üstün tutmamağın dərk edilməsindədir.