Noyabrın 25-də futbol üzrə İspaniya La Liqasında 13-cü turun növbəti oyunları keçirilib.

"Unikal" xəbər verir ki, “Barselona” səfərdə “Rayo Vallekano”nun müqavimətini qıra bilməyib – 1:1.

Turnir cədvəlinin ön sıralarında yer alan “Atletiko Madrid” öz meydanında “Malyorka” minimal hesabla yenərək turnir cədvəlində üçüncü pilləyə yüksəlib.

“Valensiya” isə öz meydanında “Selta Viqo” ilə bacarmayıb – 0:0.

Günün digər qarşılaşmaları isə aşağıdakı kimi nəticələnib:

“Alaves” – “Qranada” – 3:1

“Xetafe” – “Almeriya” – 2:1.