Tayvan sahillərində 5,0 bal gücündə zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 350 min insanın yaşadığı Hualyan şəhərindən 85 km şimal-şərqdə yerləşib.

Zəlzələnin ocağı 27 km dərinlikdə yerləşir. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.