İranın cənubunda yerləşən Şiraz şəhərində sürücü hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb.

"Unikal" IRNA agentiyinə istinadən xəbər verir ki, insident yerli vaxtla saat 12:00 radələrində baş verib. Polis şübhəli avtomobilin sürücüsünə saxlamağı əmr edib. Buna cavab olaraq o, hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb.

Hücumçunun atışmada ağır yaralandığı və vəziyyətinin ağır olduğu qeyd edilir. Hadisə nəticəsində daha bir nəfər xəsarət alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.