Azərbaycan təmsilçisi Çelenc Kubokunda mübarizəni dayandırıb
Kişi voleybolçulardan ibarət “Xarı Bülbül” komandası Çelenc Kubokunda növbəti oyununu keçirib.
"Unikal" xəbər verir ki, Azərbaycan təmsilçisi Yunanıstanda “Panatinaikos”un qonağı olub.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 3:1 (25:16, 25:12, 23:25, 25:16) Bakıda reallaşan ilk matçda 0:3 hesabı ilə Şuşa klubu mübarizəni dayandırmalı olub.
Qeyd edək ki, “Xarı Bülbül” Çelenc Kubokunun 1/32 finalında Slovakiyanın “Spartak” komandasını hər iki görüşdə məğlub edib (3:0, 3:1).