Finlandiya Rusiya ilə sərhədyanı əməkdaşlıq müqaviləsini ləğv edib.
"Unikal" xəbər verir ki, sənəd 2012-ci ildən qüvvədədir.
Finlandiya hökumətinin saytında dərc olunan qətnamədə qeyd edilir ki, müqavilə Rusiya tərəfinin təşəbbüsü ilə ləğv edilib. Xarici İşlər Nazirliyimiz oktyabrın 25-də qərarla bağlı Finlandiya səfirliyinə məlumat verib.
Qətnamə 2024-cü il yanvarın 24-də, müqavilənin müddəti başa çatdıqdan sonra qüvvəyə minəcək.
Bundan əvvəl Finlandiyanın baş naziri Petteri Orpo noyabrın 30-dan dekabrın 13-dək Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrinin bağlanacağını açıqlamışdı.