ABŞ-nin Boliviyadakı keçmiş səfiri Manuel Roça Kubaya casusluq ittihamı ilə Mayamidə saxlanılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, eks-səfir Federal Təhqiqatlar Bürosunun (FTB) Kubaya qarşı apardığı “əks-kəşfiyyat” araşdırması nəticəsində yaxalanıb.
Məlumata görə, Roça ABŞ Ədliyyə Nazirliyi tərəfindən “Kubanın maraqlarına xidmət etməkdə” ittiham olunub.
Məsələ ilə bağlı ABŞ-dən hələlik heç bir açıqlama verilməyib.